8 C
Baku
Thursday, November 7, 2024

“Nikoil Bank”ın səhmdarlarının Londonda ümumi yığıncağı keçiriləcək

“Nikoil Bank” ASC bildirir ki, 16.01.2017-ci il tarixində Moskva şəhərində keçirilməsi planlaşdırılan Bankın səhmdarlarının növbədənkanar ümumi yığıncağı təxirə salınıb. Banker.az xəbər verir ki, bu barədə Bankdan bildirilir.

“Nikoil Bank”ın səhmdarlarının növbədənkanar ümumi yığıncağı 08.02.2017- ci il tarixində Birləşmiş Krallıq, London şəhəri, Pikadili 21-də yerləşən “Le Méridien Piccadilly” otelində keçiriləcək. Yığıncaqda aşağıdakı məsələlərin müzakirəsi nəzərdə tutulmuşdur:

  1. Müşahidə Şurasının tərkibinin dəyişdirilməsi,
  2. Audit Komitəsinin tərkibinin dəyişdirilməsi,
  3. Audit Komitəsinin üzvlərinin mükafatlandırılmasının təsdiq edilməsi.
  4. “Nikoil Bank” ASC-inin Nizamnaməsinin yeni redaksiyada təsdiq olunması.
Son xəbərlər
Digər xəbərlər