Putinin saytı gündə yüzlərlə haker hücumuna məruz qalır

Rusiya prezidenti Vladimir Putinin saytı gün ərzində yüzlərlə haker hücumuna məruz qalır.

NBC-yə istinadən xəbərə görə, bu bəyanatla Rusiya prezidentinin mətbuat katibi Dmitri Peskov çıxış edib.

O bildirib ki, hücumlar əsasən ABŞ, Çin, Hindistan və Avropa ölkələrindən həyata keçirilir. Bütün bunlara baxmayaraq, rəsmi Moskva adı çəkilən ölkələrin rəhbərliyini kiberhücumların təşkilində ittiham etmir.

MənbəLent.az
Bu yazını sevimli AI
köməkçinizlə qısaldın
Son xəbərlər
Digər xəbərlər