10 C
Baku
Friday, December 13, 2024

Mərkəzi Bank KOTİROVKA SORĞULARI elan edir

1. Azərbaycan Respublikası Mərkəzi Bankının İnternet şəbəkəsinə qoşulmasının təmin edilməsi.

2. Azərbaycan Respublikası Mərkəzi Bankında istismarda olan kompüter, server və rabitə avadanlıqlarının ehtiyat hissələrinin satın alınması.

3. Azərbaycan Respublikası Mərkəzi Bankı üçün printer və surətçıxarma aparatı kartriclərinin satın alınması.

4. Azərbaycan Respublikasının Mərkəzi Bankı üçün dəftərxana və ofis ləvazimatlarının satın alınması.

5. Azərbaycan Respublikasının Mərkəzi Bankı üçün təsərrüfat və azqiymətli malların satın alınması.

6. Azərbaycan Respublikasının Mərkəzi Bankı üçün elektrik mallarının və məişət avadanlıqlarının satın alınması.

7. Azərbaycan Respublikasının Mərkəzi Bankının ofislərində Avtomatlaşdırılmış Telefon Stansiyalarına servis xidməti göstərilməsi.

İştirak haqqı 1-ci məsələ üzrə 20 manat, 2-ci məsələ üzrə 20 manat, 3-cü məsələ üzrə 40 manat, 4-cü məsələ üzrə 40 manat, 5-ci məsələ üzrə 40 manat, 6-cı məsələ üzrə 20 manat, 7-ci məsələ üzrə 20 manat təşkil edir. İştirak haqqı Azərbaycan Respublikası Mərkəzi Bankının aşağıdakı hesabına köçürülməlidir:

VÖEN: 9900071001,

M/h: AZ74NABZ01451700000000001944,

H/h: AZ42NABZ01452700000000009944

Kod: 501004,

SWİFT: BIKNABZAZ2C

Kotirovka sorğuları üzrə əsas şərtlər toplusunu əlaqələndirici şəxsdən əldə etmək olar (iştirak haqqının ödənilməsini təsdiq edən sənədlər təqdim edilməklə).

Kotirovka sorğuları üzrə möhürlənmiş və imzalanmış təklif zərfləri 26 yanvar 2017-ci il saat 17.00-dək əlaqələndirici şəxs tərəfindən qəbul ediləcək və 27 yanvar 2017-ci il saat 10.00-da Mərkəzi Bankın inzibati binasında açılacaqdır.

Kotirovka sorğusu ilə bağlı əlavə məlumat almaq üçün 493 11 22 (daxili 484) nömrəli telefonla əlaqə saxlamaq olar (əlaqələndirici şəxs Ramin İsgəndərov).

Son xəbərlər
Digər xəbərlər