Pulların neytrallığı (Neutrality of money) – bu gələcəkdə, uzunmüddətli mərhələdən sonra pul kütləsindəki kəmiyyət dəyişməsinin real milli məhsulun səviyyəsinə, faiz dərəcələrinə, investisiyalara, məşğulluğa heç bir təsirinin olmayacağı, yalnız qiymətlərinin ümumimi səviyyəsinin artımına gətirib çıxaracağı haqda ehtimaldır.
Qrafik 1.Pulların neytrallığı
1 nömrəli qrafikdən görünür ki, uzunmüddətli mərhələdə iqtisadiyyatda pul kütləsinin MS1-dən MS2-yə artması pula olan tələbata öz təsirini göstərəcək. Qrafikdə pullara olan tələbi əks etdirən xətt MD1 vəziyyətindən əvvəlcə MD2, sonra isə MD3 vəziyyətinə dəyişəcək. Bu yer dəyişmədən sonra E3 tarazlıq səviyyəsi özünün əvvəlki E1 səviyyəsinə qayıdacaq, faiz dərəcələri isə dəyişmədən qalacaq. Hökumət tərəfindən keçirilən qısamüddətli monetar siyasət nəticəsində real milli məhsul artır və bunun sayəsində pula olan tələbat da böyüyür.
Qrafik 2. Pulların neytrallığı
2 nömrəli qrafikdə təsvir olunan elə həmin proses, məcmu tələb əyrisinin AD1 mövqeyindən AD2 mövqeyinə dəyişdiyini göstərir. Bu onu bildirir ki, real milli məhsul ilə eyni zamanda iqtisadiyyatda qiymətlərin artımı baş vermişdir. Təbii ki, yüksəlmiş real milli məhsula xidmət və dəstək göstərilməsi üçün böyük həcmdə pul kütləsinə ehtiyac var. Birinci qrafikdə bu proses pula olan tələb əyrisinin MD1 mövqeyindən MD2.-yə hərəkəti ilə özünün büruzə verir. Qrafik 2-də göstərilən qısamüddətli е2 bərabərliyi ondan xəbər verir ki, son istehsal məhsullarının mövcud qiymətləri yüksəlib, amma eyni zamanda istehsal faktorlarının qiymətləri yenə də əvvəlki səviyyədə qalmaqda davam edir.
İqtisadiyyatda istehsal faktorlarının qiymətlərinin qalxması istehsal həcminin azalması və gələcəkdə qiymətin yüksəlişi ilə müşahidə olunacaq. е3 uzunmüddətli tarazlıq nöqtəsində yekun məhsul qiyməti ilə istehsal faktorları qiymətləri bərabərləşir və real milli məhsul təbii səviyyəsinə qayıdır. Mövcud məşğulluq səviyyəsi də özünün təbii səviyyəsinə qayıdacaq. Qrafikdən də göründüyü kimi, real milli məhsul öz təbii səviyyəsinə qayıtdığı halda, iqtisadiyyatdakı qiymətlər P1-dən P3-ə qalxıb. Qiymətlərin qalxması zamanı pul kütləsinin artması da vacibdir. Beləliklə pula olan tələbat artacaq (1 nömrəli qrafikdə MD3 pul tələbi əyrisi).Yekunda pul təklifinin artması zamanı uzunmüddətli dövrdən sonra son məhsulların qiymətləri və istehsal faktorlarının qiyməti artacaq.
Pulların neytrallığı həmçinin mübadilə (dəyişmə) bərabərliyində təsvir olunur.
MV=Py
M —pul kütləsi
V — pul dövriyyəsinin sürəti
P — qiymətləri
y — real milli məhsul.
Qrafiklərdən göründüyü kimi 1-ci qrafikdə MS2 pul təklifi və 2-ci qrafikdə AD2 məcmu tələbi M pul kütləsinin dəyişməzliyini sübut edir. M dəyişməz olduğu üçün nominal milli gəlir yalnız o halda arta bilər ki, pul dövriyyəsinin sürəti artmış olsun. Pul dövriyyəsinin sürəti isə bilavasitə faiz dərəcələri ilə bağlıdır, onlar da pula olan tələbin artması faktının təsirini altında yüksələcəkdir. Faiz dərəcələri ilə eyni zamanda pul dövriyyəsinin sürəti də yüksəlir. Nominal milli məhsul da həmçinin qiymət artımı hesabına yüksəlir.
Pulların neytrallığı prinsipi David Yum tərəfindən tərtib edilib.