17 C
Baku
Thursday, October 31, 2024

Alibaba 10 il Olimpiya oyunlarının rəsmi sponsoru olacaq

Banker.az Financial Times nəşrinə istinadən xəbər verir ki, Çinin Alibaba şirkəti növbəti 6 Olimpiya oyunlarının rəsmi sponsoru olacaq. Davosda keçirilən Dünya İqtisadi forumu çərçivəsində Beynəlxalq Olimpiya komitəsi ilə imzalanan müqaviləyə əsasən, şirkət 2028-ci ilə qədər idman yarışlarının sponsoru olacaq. Müqavilənin dəyəri isə açıqlanmır.

Müqavilənin şərtlərinə əsasən, Alibaba şirkəti yarışların təşkil edilməsinə texnoloji dəstəyi təmin edəcək, həmçinin canlı yayım üçün olimpiya kanalını yaradacaq.
Alibaba şirkəti ilə yanaşı, Coca-Cola, McDonald’s, Visa və digər şirkətlər də həmçinin Olimpiya oyunlarının rəsmi sponsorlarıdır. BOK-nin prezidenti Tomas Bax Çin holdinqi ilə müqaviləni innovativ adlandırıb.

İnternet holdinqin sponsor olaraq çıxış edəcəyi növbəti Olimpiya oyunları 2018-ci ildə Cənubi Koreyada baş tutacaq.
Alibaba şirkəti bir qədər əvvəl isə Çinin ticarət və əyləncə mərkəzləri operatoru Intime Retail şirkətinin səhm paketini 2,6 milyard dollara əldə etdi.

Son xəbərlər
Digər xəbərlər