17 C
Baku
Thursday, October 31, 2024

ABŞ Trans-Sakit Okean tərəfdaşlığını tərk etdi

Banker.az saytının Reuters agentliyinə istinadən verdiyi xəbərə görə, ABŞ prezidenti Donald Trump ABŞ-ın Trans-Sakit Okean tərəfdaşlığından (TTP) çıxması barədə fərman imzalayıb.

Qeyd edək ki, Trump 20 yanvar tarixində dövlət başçısı vəzifəsinə yiyələndi və TTP haqqında fərman onun imzaladığı ilk sənədlərdən biri oldu. O hələ seçki kampaniyası gedişində bu tərəfdaşlığa tənqidi yanaşırdı və belə vəd vermişdi ki, prezidentliyinin ilk günündə ABŞ bu tərəfdaşlığı tərk edəcək.

ABŞ prezidenti bu blokun yaradılmasını ölkə üçün “potensial fəlakət” adlandırırdı. Bu blokun yaradılmasını isə 2015-ci ilin oktyabr ayında Barak Obama ilə 11 ölkə razılığa gəlmişdi. Tərəfdaşlığın yaradılması barədə danışıqlar isə 8 il davam etmişdi. TTP-ə həmçinin Yaponiya, Avstraliya, Yeni Zellandiya, Vyetnam, Kanada da daxildir.

 

Son xəbərlər
Digər xəbərlər