12 C
Baku
Tuesday, November 5, 2024

İki qurbağanın nağılı

Düşünürük hər kəs bundan nəticə çıxaracaq.

Biri varmış, biri yoxmuş… iki qurbağa varmış. Onlar rəfiqə idilər və bir arxda yaşayırdılar. Onlardan yalnız biri əsl meşə qurbağası idi – cəsur, güclü, şən… digəri isə belə desək “nə ət idi, nə də balıq” – qorxaq, tənbəl və yatağan. İkinci qurbağa haqqında hətta belə deyirdilər ki, sanki o meşədə deyil, hansısa şəhər parklarından birində anadan olub. Buna baxmayaraq, bu iki qurbağa bir yerdə yaşayırdı. Və bir gün gecə onlar gəzməyə çıxırlar.

Özləri üçün meşədə yol ilə gedirlər və birdən qarşılarında ev görürlər. Evin yanında isə anbar yerləşir. Bu anbardan çox gözəl – kif, rütubət, mamır və göbələk qoxusu gəlir. Bütün bunlar isə qurbağaların sevdiyi şeylərdi. Onlar cəld şəkildə anbara qalxır və orada qaçmağa və tullanmağa başlayırlar. O qədər tullanırlar ki, axırda qəfildən süd ilə dolu küpə düşürlər. Və boğulmağa başlayırlar.

Təbii ki, onlar boğulmaq istəmir.

Bu zaman onlar çırpınmağa və üzməyə başlayırlar. Lakin bu saxsı küpün çox hündür sürüşkən divarları var. Buna görə də qurbağalar oradan heç cürə çıxa bilməzlər.

Tənbəl olan qurbağa bir qədər üzür və bir müddət sonra fikirləşir: “Onsuz da mən burdan çıxa bilməyəcəm. Niyə hədər yerə özümü yorum ki.

Əbəs yerə əsəbləşəcəm. Yaxşısı budur, mən indidən boğulum”. O, belə fikirləşərək çabalamağı dayandırdı və batdı.

Ikinci qurbağa isə onun kimi deyildi, və fikirləşirdi: “Yox, yoldaşlar, mən həmişə boğula bilərəm. Mən bundan qaça bilmərəm. Yaxşısı budur, mən bir az da çabalayım, bir az daha üzüm. Kim bilir, bəlkə məndə nə isə alındı”.

Lakin heç nə alınmırdı, necə üzürsə üzsün çox uzağa getmək mümkün deyildi. Küp dardır, divarları isə sürüşkə. Onun bu küpdən çıxma şansı yoxdur. Buna baxmayaraq, o təslim olmur, ruhdan düşmürdü.

“Heç nə olmaz, hələ gücüm varsa çabalayacam. Mən ki hələ sağam, deməli yaşamaq lazımdır” – deyə fikirləşir.

Bax budur, bizim cəsur qurbağa var-gücü ilə ölümlə mübarizə aparır. Budur, o artıq özündən gedəcək. Boğulmağa başladı, getdikcə küpün dibinə batır. Buna baxmayaraq, o yenə də təslim olmur. Dərs götür, o ayaqları ilə işləyir. Ayaqların oynadır və fikirləşir: “Yox. Təslim olmayacam. Yox-yox!”

Birdən… Bu nədir? O, birdən hiss edir ki, ayaqlarının altındakı artıq süd deyil, nə isə bərk, torpaq kimi möhkəm bir şeydir. Qurbağa təəccüblənir və baxıb görür ki, küpdə artıq heç bir süd yoxdur, o yağ yığınının üzərində dayanıb.

“Bu, nədir? Burada yağ haradan peyda oldu?” – deyə qurbağa fikirləşir. O, təəccüblənir və sonradan başa düşür ki, öz ayaqları ilə özü maye süddən bərk yağ çalıb.

“Bax belə, mən nə yaxşı ki, tez batmamışam” – deyə qurbağa fikirləşdi. Küpdən bayıra atıldı və öz evinə – meşəyə getdi.

Ikinci qurbağaya isə küpdə uzanmaq qaldı. Və o, heç vaxt bir də işıq üzü görməyəcək, heç vaxt tullanmayacaq və heç vaxt quruldamayacaq.

Deməli belə. Düzünü desəm, bunda qurbağanın özü günahkardır. Ruhdan düşmə! Ölümdən qabaq ölmə…

Son xəbərlər
Digər xəbərlər