11 C
Baku
Thursday, November 14, 2024
Home Maliyyə xəbərləri Bank xəbərləri Dollar ilin sonuna qədər möhkəmlənəcək

Dollar ilin sonuna qədər möhkəmlənəcək

0
Dollar ilin sonuna qədər möhkəmlənəcək

Banker.az Bloomberg agentliyinə istinadən xəbər verir ki, Goldman Sachs Group Inc şirkətinin analitikləri qeyd ediblər ki, ABŞ dolları bütün il boyu bazarda öz mövqeyini möhkəmləndirəcək. Gözləntilərə əsasən, avro və dollar artıq 2017-ci ilin sonuna qədər paritetə nail olacaqlar.

Dollar Donald Trumpın ABŞ prezidenti seçilməsindən demək olar ki, dərhal sonra möhkəmlənməyə başlayıb. Bu əsas olaraq onun ölkədə vergilərin azaldılması ilə iqtisadi artımı gücləndirmək ilə bağlı seçkiqabağı vədləri fonunda baş verib.

Bununla yanaşı, ekspertlər dolların artımından müsbət nəticələr çıxarmağa tələsmirlər, çünki valyutanın gələcək artımı qısa müddətli perspektivdə itisadiyyata mənfi təsir edə bilər. Bununla belə, güclü dollar uzun müddətli perspektivdə həm ABŞ, həm də dünyanın maliyyə-iqtisadi sektoruna müsbət təsir etməlidir.