10 C
Baku
Friday, December 13, 2024

Mərkəzi Bankın notları ilə bağlı hərracda tələb təklifi üstələdi

26 yanvar 2017-ci il tarixində Bakı Fond Birjasında Azərbaycan Respublikasının Mərkəzi Bankının 50100453S saylı dövlət qeydiyyatından keçmiş ümumi həcmi – 25 000 000 manat, bir notun nominal dəyəri – 100 manat, tədavül müddəti – 28 gün olan qısamüddətli notlarının yerləşdirilməsi üzrə hərrac keçirilib.

Hərrac zamanı 4 investor tərəfindən 5 sifariş təqdim olunmuşdur. Sifarişlərin nominal üzrə ümumi məbləği 53,033,900.00 AZN təşkil edib.

Sifarişlər 98.8474 AZN (14.9919%) və 98.9990 AZN (13.0001%) qiymətində təqdim edilib.

Notların rəqabətli sifarişlər üzrə kəsmə qiyməti – 98.9990 AZN (13.0001%), orta ölçülmüş qiyməti – 98.9990 AZN (13.0001%), səviyyəsində Mərkəzi Bank tərəfindən müəyyən edilib.

Bağlanılmış əqdlər üzrə hesablaşmalar 26.01.2017 (t+0) tarixində həyata keçirilmişdir

Notların nominal üzrə reallaşdırılmış həcmi 25 000 000 AZN manat məbləğində müəyyən edilib.

Notların ödəmə tarixi 23.02.2017-ci ildir.

Son xəbərlər
Digər xəbərlər