9 C
Baku
Friday, November 15, 2024

Azərbaycan istehlakçıları xərclərinə daha ehtiyatla yanaşmağa başlayıb

Azərbaycan istehlakçıları dünya iqtisadiyyatında baş verən qeyri-müəyyənliklər və neft qiymətlərinin düşməsindən sonra cari xərclərinə daha rasional və ehtiyatla yanaşmağa başlayıblar. 

Dövlət Statistika Komitəsinin (DSK) məlumatlarına əsasən, 2016-cı ildə Azərbaycan əhalisinin gəlirləri 8,7% artım göstərdiyi halda, pərakəndə satışlar cəmi 1,5% artıb: “Yəni, əhali gəlirlərini daha çox yığıma yönəldiblər. Bu, əlbəttə, Azərbaycan Mərkəzi Bankı (AMB) üçün müsbət amildir. Çünki, belə olduğu halda, inflyasiya idarə olunan və getdikcə azalan tendensiya göstərir. Digər müsbət hal odur ki, yığım səviyyəsinin artması idxalın həcmini azaldaraq tədiyyə balansına müsbət təsir göstərir”.

Lakin əhalinin qənaətcil olmasının mənfi fəsadları da mövcuddur. Bu durum iqtisadi artım tempinin yavaşlamasına gətirib çıxarır. İstehlak xərclərinin azalması iqtisadi aktivliyi aşağı salır. Nəticədə, vergi və gömrük rüsumlarının yığım səviyyəsində azalma baş verə bilər. Əlbəttə, bu geriləmə manatın məzənnəsinin ucuzlaşdırılması ilə kompensasiya edilir.

Həmçinin bildirmək lazımdır ki, əhali yığımlarının daha çox hissəsini özündə, qalanını isə banklarda saxlayır: “İş ondadır ki, banklarda olan vəsaitlərin hazırkı payının 25-30% olması və zəif iqtisadi aktivlik şəraiti səbəbindən, onların iqtisadiyyata geri dönməsi real görünmür. Məhz 2016-cı ildə iqtisadiyyata kredit qoyuluşlarının 13,2% azalması amili də bunu təsdiq edir”.

Yerli analitika qrupu “Report”dan hesab edirlər ki, yaxın illərdə cari iqtisadi vəziyyətdən çıxış yalnız neft qiymətlərinin artması hesabına baş tuta bilər: “Uzunmüddətli perspektivdə isə iqtisadiyyatın diversifikasiyası və turizm sektorunun inkişafı əhalinin gəlirlərinin sabit artımını təmin edəcəyindən istehlak xərcləri getdikcə sürətlənə bilər. Mövcud iqtisadi durum isə hələ bir qədər də davam edəcək”.

Son xəbərlər
Digər xəbərlər