2 C
Baku
Sunday, December 15, 2024

Azərbaycanın ilk ticarət nümayəndəsi Rusiyada təyin olunacaq

Azərbaycanın ilk ticarət nümayəndəsi Rusiyada təyin olunacaq.

Bunu Amerikanın Azərbaycandakı Ticarət Palatasının (AmCham) üzvləri ilə keçirilən görüşdə iqtisadiyyat nazirinin müavini Sahil Babayev deyib.

Rusiyanın Azərbaycanın əsas xarici ticarət partnorlarından biri olduğunu söyləyən nazir müavini bildirib ki, ölkəmizin birinci ticarət nümayəndəsinin Rusiyada təyin olunması məqsədəuyğundur. Onun sözlərinə görə yaxın zamanlarda Çin və Birləşmiş Ərəb Əmirliyində də ticarət nümayəndələrinin təyin olunması imkanları nəzərdən keçirilir.

Xatırladaq ki, Prezident İlham Əliyev Azərbaycanın xarici ölkələrdə fəaliyyət göstərən səfirlik və konsulluqlarında ticarət nümayəndələrinin təyin edilməsi haqqında Fərman imzalayıb.

MənbəAzərTac
Son xəbərlər
Digər xəbərlər