9 C
Baku
Thursday, December 12, 2024

Azərbaycanlılar Ukraynada asfalt zavodu inşa edəcək

Azərbaycandan olan Alov şirkəti Ukraynanın Lvov əyalətində asfalt istehsalı ilə məşğul olacaq zavodun inşasında maraqlıdır.

Banker.az Ukraynanın yerli Status Quo nəşrinə istinadən xəbər verir ki, bu haqda məlumatı Lvov əyaləti üzrə dövlət administrasiyasının sədri Oleq Sinyutka verib.

“Azərbaycanlı Alov şirkətinin sahibi ilə görüşdüm. Şirkət inşaat və yolların təmiri üzrə ixtisaslaşıb. Tezliklə Lvov əyalətində yeni asfalt zavodunun inşa edilməsi ilə bağlı razılığa gəldik” – deyə Sinyutka qeyd edib.

O həmçinin bu layihənin regionda yolların təmir edilməsi ilə məşğul olan “Автомагистраль-Юг” (Odessa) və Onur (Türkiyə) şirkətləri arasında rəqabət təşkil edəcəyinə ümid bəslədiyini deyib.

Son xəbərlər
Digər xəbərlər