Reklam çarxında hadisələr Çində cərəyan edir. Xaricdə təhsil almaq üçün Çinə gələn gənc fransız oğlan valyuta dəyişməsi məntəqəsinə yaxınlaşır, lakin çin dilini bilmədiyi üçün nə istədiyini mübadilə məntəqəsinin xanım əməkdaşlarına izah edə bilmir. Hətta him-cim hərəkətləri də onun köməyinə çatmır. Nəhayət oğlan telefonu vasitə isə ona “pul lazım olduğunu” bildirir. Bu dəfə isə xanımlar onu qarətçi sanaraq, təhlükəsizlik siqnalını işə salırlar.
Bir anın içində mühafizə orqanları valyuta məntəqəsini mühasirəyə alırlar.
Reklamın sonuna çarxda bu sözlər görünür: “Xaricdə oxumaq istəyirsən. Sənin bir balaca köməyə ehtiyacın ola bilər” – Societe Generale.
{youtube}BI6LYAiZuxM{/youtube}