2 C
Baku
Saturday, December 14, 2024

“Nikoil Bank” açıqlama verib

“NİKOYL” İKB ASC-dən verilən məlumata görə, 08.02.2017-ci il tarixində planlaşdırılan Bankın səhmdarlarının növbədənkanar ümumi yığıncağı təxirə salınmışdır.

Banker.azın verdiyi məlumata görə, “NİKOYL” İKB ASC-inin səhmdarlarının növbədənkanar ümumi yığıncağı 20.02.2017-ci il tarixində Birləşmiş Krallıq, London şəhəri, Pikadili 21-də yerləşən “Le Méridien Piccadilly” otelində saat 11:00-da keçiriləcəkdir.

Yığıncaqda aşağıdakı məsələlərin müzakirəsi nəzərdə tutulmuşdur:
1. Müşahidə Şurasının tərkibinin dəyişdirilməsi,
2. Audit Komitəsinin tərkibinin dəyişdirilməsi,
3. Audit Komitəsinin üzvlərinin mükafatlandırılmasının təsdiq edilməsi.
4. “NİKOYL “ İKB ASC-inin Nizamnaməsinin yeni redaksiyada təsdiq
olunması

Son xəbərlər
Digər xəbərlər