2026-cı ilin yanvar-iyul aylarında Azərbaycanın qeyri-neft sektoru üzrə ixracı (qeyri-monetar qızıl istisna olmaqla) 2025-ci ilin müvafiq dövrü ilə müqayisədə 18,3% artaraq 2,5 milyard ABŞ dolları təşkil edib.
Banker.az bu barədə İqtisadi İslahatların Təhlili və Kommunikasiya Mərkəzi “İxrac icmalı”nın 2026-cı il üzrə avqust sayına istinadən xəbər verir.
Qeyd olunan dövrdə (qeyri-monetar qızıl istisna olmaqla) ixrac edilmiş qeyri-neft sektoruna aid malların siyahısında qızıl (239,4 milyon ABŞ dolları) birinci olub. Bu siyahıda tomat (172 milyon ABŞ dolları) ikinci, mis filizləri və konsentratları (152 milyon ABŞ dolları) isə üçüncü yerdə qərarlaşıb.
2026-cı ilin iyul ayı ərzində ixrac edilmiş qeyri-neft sektoruna aid malların siyahısında şaftalı, nektarinlər daxil olmaqla (46,8 milyon ABŞ dolları) birinci olub.Bu siyahıda qızıl (37,2 milyon ABŞ dolları) ikinci, polimerləşmə nəticəsində əmələ gələn ilkin formalı digər məhsullar (28,7 milyon ABŞ dolları) isə üçüncü yerdə qərarlaşıb.







