“Günay Sığorta” ASC-nin İdarə Heyətinə yeni sədr təyin edilib. Şirkətdən verilən məlumata görə, bu vəzifəyə Vüqar Babakişiyev gətirilib.
O, bundan əvvəl Azərbaycan Dövlət Sığorta Kommersiya Şirkətinin (“Azərsığorta”) Beynəlxalq əlaqələr və təkrarsığorta Departamentinin direktoru olub. V.Babakişiyev yeni vəzifəsində Qəmbər Suvanverdiyevi əvəz edib.
Xatırladaq ki, “Günay Sığorta” şirkəti 1992-ci ildə yaradılıb. Onun nizamnamə kapitalı 7,7 mln. manatdır. Şirkətin səhmlərinin 71,94%-i Yeganə Məmməd qızı Şirinovaya, 16,61%-i “Günaybank” ASC-yə, 11,45%-i isə Xanım Nadir qızı Məmmədovaya məxsusdur.