Azərbaycanda əhalinin nağd xarici valyuta ilə mübadilə əməliyyatları çərçivəsində 2016-cı ilin dekabr ayında kommersiya banklarından xalis avro alışı 9 128,9 min təşkil edib.
Azərbaycan Mərkəzi Bankından verilən məlumata görə, bu, noyabr ayında əhalinin kommersiya banklarından xalis avro alışından 15 939,6 min avro və ya 63,4% azdır. Belə ki, noyabrda bankların xalis avro satışı 25 122,5 min təşkil edib.
Əvvəlki ilin dekabrına nisbətən isə bankların əhaliyə xalis avro satışı 5,8 dəfə azalıb.
Qeyd edək ki, 2016-cı ilin yekununda kommersiya banklarının əhaliyə xalis avro satışı ümumilikdə 266 647,6 min avro olub. Bu da əvvəlki ilin analoji göstəricisindən 3,11 dəfə azdır.
virtualaz.org