Banker.az saytının xarici KİV-nə istinadən verdiyi xəbərə görə, Ravn adlı Britaniya startapının süni intellekti Rolls-Royce şirkətində geniş miqyaslı rüşvət zəncirinin üstünü açıb.
Britaniyanın xüsusi iri həcmli fırıldaqçılıq halları ilə mübarizə departamenti (SFO) Ravn şirkətindən sənədlərin toplanması və indeksləşdirilməsi, onlardan bir nəticə çıxarılması üzrə avtomatlaşdırılmış sistemi Ravn ACE-dən istifadə etməyi xahiş edir.
Əvvəllər bu işlə insanlar məşğul olurdu, lakin neyron şəbəkə daha sürətlə işləyir və səhvlərə yol vermir. Texnologiyanın köməkliyi ilə 7 insan gündə 600 000 sənədi təhlil edərək ümumilikdə 30 milyon sənədi nəzərdən keçirib. Rolls-Royce üzrə araşdırma başa çatdıqdan sonra SFO direktoru Devid Grin bildirib ki, ACE özünü təkmilləşdirməyi və öz bilik bazasını zənginləşdirməyi bacarır. “Sistem bunu insanlardan daha effektiv və dəqiq edir” – deyə Grin qeyd edib.
Hazırda büro və Ravn şirkəti bu sistemdən digər araşdırma və istintaqlarda da istifadə etmək barədə danışıqlar aparır.