Azərbaycan Respublikasının Maliyyə Bazarlarına Nəzarət Palatasının (Palata) Direktorlar Şurasının 15 fevral 2017-ci il tarixli qərarına əsasən “Azərbaycan Beynəlxalq Bankı” (ABB) ASC-yə sığorta agenti fəaliyyətinə lisenziya verilmişdir.
Palatanın Direktorlar Şurasının iclasında sözügedən lisenziyanın verilməsi ilə bağlı “ABB”-nin müraciətinə baxılmış və müsbət qərar qəbul edilmişdir.
Sözügedən lisenziya “Sığorta fəaliyyəti haqqında” Azərbaycan Respublikasının Qanununun 86.1-ci maddəsinə və Palatanın Nizamnaməsinin 5.3.20-ci bəndinə əsasən verilmişdir.