Bu il yanvarın 1-nə Azərbaycan Respublikası Dövlət Neft Fondunun (ARDNF) investisiya portfelinin coğrafi regionlar üzrə təsnifatı belədir: 43,1 faiz Avropa, 26,3 faiz Asiya-Sakit Okean, 23,5 faiz Şimali Amerika, 3,8 faiz Avstraliya-Yeni Zelandiya, 0,1 faiz Yaxın Şərq və 0,1 faiz Cənubi Amerika.
Banker.az ARDNF-in 2016-cı il üzrə investisiya fəaliyyətinin yekunlarına həsr edilən hesabatına istinadla xəbər verir ki, Dövlət Neft Fondunun investisiya portfelinin ölkələrin inkişaf səviyyəsinə görə bölgüsündə isə 68,2 faizi inkişaf etmiş ölkələri, 28,7 faizi inkişaf etməkdə olan ölkələri və 3,1 faiz beynəlxalq maliyyə təşkilatlarını əhatə edir.