Nəyə görə bir zamanlar məhz qızıl sosial seçmə zamanı monopoliya mövqeyinə yiyələnərək, pula çevrildi (pul kimi istifadə edilməyə başladı)? Hansı səbəbdəndir ki, məhz bu metal tələb olunan əşyaların alınması üçün əsas predmetə çevrildi?
Bu suallara cavab tapmaq üçün keçmişə nəzər salmaq lazımdır. Yalnız bu dövrümüzdə sikkələr palladiya, platin, nikel və aliminium kimi metallardan
hazırlanır. Qədim dövrdə yaşayan insanlara isə çox az sayda metallar məlum idi. Bu metalların siyahısına qızıl, gümüş, mis, dəmir, qalay və qurğuşun daxil idi.
İlk olaraq metal pullar misdən və yaxud onun ərintilərindən hazırlanırdı və müxtəlif həndəsi fiqur və yaxud məişət əşyaları formalarında olurdular. Metal texnologiyasının inkişafı ilə sikkələr gümüş və sikkədən hazırlanmağa başlandı. Ümumiyyətlə onların pul rolu daşıması əsas onunla izah olunurdu ki, qızıl və gümüş özlüyündə məhsul idilər və daxili dəyərə sahib idilər. Burada ən rahat sikkə növü dairəvi olan sikkələr idi.
Beləliklə, qiymətli metallar bir çox xüsusiyyətlərə malikdirlər ki, bu xüsusiyyətlər də onları universal ekvivalentin ictimai funksiyalarını yerinə yetirmək üçün daha əlverişli edir. Bunlara misal olaraq onların bir növlü, tullantısız, daşına bilən olması, davamlılığı, unikal ehtiyat yığım vasitəsi və s. kimi xüsusiyyətləri göstərmək olar.
Pul materiallarının təbii seçmə üsulu ilə qiymətli metallar uzun müddət pul rolunu oynamışlar.
Əyar – qiymətli metalların keyfiyyət göstəricisidir. Qiymətli metallara isə qızıl, gümüş, platin və platin qrupuna daxil olan metallar (palladium, iridium, rodium, rutenium, osmium) daxildir.