13 C
Baku
Friday, November 22, 2024

A-Qroup Sığorta Şirkəti 3 milyon manata yaxın pul itirib

A-Qroup Sığorta Şirkəti ASC-nin 2023-cü ilin yanvar-noyabr ayı üzrə yığım və ödəniş üzrə hesabatı açıqlanıb.

Banker.az-ın məlumatına görə, bu il şirkətin yığımlarında azalma müşahidə olunub.

Şirkət yanvar-noyabr ayında 19.222 mln. manat həcmində sığorta haqqı toplayıb. Bu da 2022-ci ilin eyni ayı ilə müqayisədə 2.884 mln. manat və ya 13% azalma deməkdir. Ötən ilin eyni dövrünə bu göstərici 22.106 mln. manat təşkil etmişdir.

Xatırladaq ki, “A-Qrup Sığorta” 1995-ci ildə yaradılıb. Onun nizamnamə kapitalı 10.005 milyon manatdır. Əsasən tibbi sığorta üzrə ixtisaslaşmış şirkətin səhmləri 100% Sabir Adna oğlu Adnayevə (Direktorlar Şurasının sədri) məxsusdur.

Son xəbərlər
Digər xəbərlər