9 C
Baku
Thursday, December 12, 2024

“A-Qroup Sığorta Şirkəti” fərdi məlumatlar haqqında qanunvericiliyi pozub

Fərdi məlumatlar haqqında qanunvericiliyi pozan “A-Qroup Sığorta Şirkəti” Açıq Səhmdar Cəmiyyətinə cərimə protokolu yazılıb.

Banker.az xəbər verir ki, ASC barəsində müvafiq qurum tərəfindən İnzibati Xətalar Məcəlləsinin 375.0.2-ci maddəsi ilə inzibati protokol tərtib edilib.

İşə baxılması üçün Səbail Rayon Məhkəməsinə göndərilib və hakim Ülviyyə Şükürovanın icraatındadır.

Bu xətaya görə, fərdi məlumatların mülkiyyətçisi və ya operatoru tərəfindən fərdi məlumatların mühafizəsinin təmin olunmamasına, “Fərdi məlumatlar haqqında” Azərbaycan Respublikasının Qanunu ilə tələb olunduğu hallarda və müddətlərdə fərdi məlumatların məhv edilməməsinə, yaxud fərdi məlumatların toplanılmasının, işlənilməsinin və ya verilməsinin dayandırılmamasına görə- üç yüz manatdan beş yüz manatadək məbləğdə cərimə edilir.

Son xəbərlər
Digər xəbərlər