“A-Qroup Sığorta Şirkəti” ASC-nin İdarə Heyətinə yeni üzv seçilib.
Banker.az xəbər verir ki, səhmdarların Ümumi Yığıncağı Mətanət Bayramova Məhərrəm qızının heyətə üzv və Baş Tibb İnzibatçısı seçilməsini kimi təsdiqləyib.
Bununla da Sığorta Şirkətinin İdarə Heyətinin üzvləri sədrlə birlikdə beşə yüksəlib. İdarə Heyətinə Məmməd Atakişiyev sədrlik edir.
Xatırladaq ki, “A-Qroup Sığorta” 1995-ci ildə yaradılıb. Onun nizamnamə kapitalı 10 500 250 manatdır. Bu məbləğ hər birinin nominal dəyəri 1 033 manat olan 7 750 səhm əsasında formalaşıb. Səhmlər 100% Sabir Adna oğlu Adnayevə (Direktorlar Şurasının sədri) məxsusdur.







