-3 C
Baku
Sunday, December 15, 2024

A-Qroup Sığorta Şirkətinin ötən il yığımları 4 milyon manata yaxın azalıb

A-Qroup Sığorta Şirkəti ASC-nin 2023-cü ilin yanvar-dekabr ayı üzrə yığım və ödəniş üzrə hesabatı açıqlanıb.

Banker.az-ın məlumatına görə, bu il şirkətin yığımlarında azalma müşahidə olunub.

Şirkət yanvar-dekabr ayında 21 117 mln. manat həcmində sığorta haqqı toplayıb. Bu da 2022-ci il ilə müqayisədə 3 511 mln. manat və ya 14% azalma deməkdir. Ötən ilin eyni dövrünə bu göstərici 24 628 mln. manat təşkil etmişdir.

Xatırladaq ki, “A-Qrup Sığorta” 1995-ci ildə yaradılıb. Onun nizamnamə kapitalı 10.005 milyon manatdır. Əsasən tibbi sığorta üzrə ixtisaslaşmış şirkətin səhmləri 100% Sabir Adna oğlu Adnayevə (Direktorlar Şurasının sədri) məxsusdur.

Son xəbərlər
Digər xəbərlər