-1 C
Baku
Saturday, December 14, 2024

“A-Qroup Sığorta”nın sədr müavini vəzifəsindən ayrılıb

“A-Qroup Sığorta” ASC-nin İdarə Heyətinin üzvlərindən biri vəzifəsindən ayrılıb.

Banker.az xəbər verir ki, bu, İdarə Heyətinin sədr müavini Yalçın Niftiyev Sakit oğludur.

Bununla da idarə heyətinin üzvlərinin sayı bir sədr – Məmməd Atakişiyev Natiq oğlu və
bir üzv – Natəvan Məmmədova Niyaz qızından ibarət olacaq.

Yalçın Niftiyev 2012-ci ildən “A-Qroup Sığorta”da çalışır. 2021-ci ilin iyunundan Baş səhiyyə inzibatçısı və İdarə Heyətinin sədr müavini təyin edilmişdi.

Xatırladaq ki, “A-Qrup Sığorta” 1995-ci ildə yaradılıb. Onun nizamnamə kapitalı 10.005 milyon manatdır. Əsasən tibbi sığorta üzrə ixtisaslaşmış şirkətin səhmləri 100% Sabir Adna oğlu Adnayevə (Direktorlar Şurasının sədri) məxsusdur.

Son xəbərlər
Digər xəbərlər