“Azercell Telekom” MMC-nin bazarda “akart” fintexi ilə çıxış edən və elektron pul təşkilatı olan “A-Solutions Elektron Pul Təşkilatı” MMC-nin nizamnamə kapitalı artırılıb.
Banker.az xəbər verir ki, “A-Solutions Elektron Pul Təşkilatı” MMC-nin nizamnamə kapitalı 23 500 000 manat olub.
Bundan əvvəl isə “A-Solutions Elektron Pul Təşkilatı” MMC-nin nizamnamə kapitalı 1 500 000 manatdan 8 500 000 manatadək artırılmışdır. Belə ki, “A-Solutions Elektron Pul Təşkilatı”n a əlavə 15 000 000 manat maya qoyulub.
Xatırladaq ki, şirkət 2023-cü ilin noyabrında təsis edilib və “Azercell Telekom”un strukturundadır. Azərbaycan Mərkəzi Bankının İdarə Heyəti 2024-cü ilin 16 may tarixli qərarı ilə bazarda iştirakına lisenziya təqdim edilib. MMC-nin direktoru isə Həsən Həsənov Oqtay oğludur.
Məlumat üçün bildirək ki, “Azercell Telekom” MMC təqdim etdiyi akart xidməti ilə əlaqədar bütün mülkiyyət və müəllif hüquqlarını, o cümlədən müştərilərə aid hesablar, həmin hesablar üzrə tarixçə, müştəri balansları, xidmət haqqı ödənişləri, keşbek qaytarılması, hesablar üzrə bütün digər məlumat və həyata keçirilən əməliyyatlar, həmçinin hazıradək və gələcəkdə həmin xidmət üzrə müştərilərin yaranacaq hər hansı borc öhdəliklərinə dair tələblər üzrə bütün hüquqlarını “A-Solutions Elektron Pul Təşkilatı” Məhdud Məsuliyyətli Cəmiyyətinə ötürüb.