Azərbaycan Banklar Assosiasiyasının (ABA) prezidenti Zakir Nuriyev Türkiyə Banklar Birliyinin İdarə Heyətinin sədri Alpaslan Çakarın dəvəti ilə Türkiyə Banklar Birliyinin (TBB) 65-ci Ümumi Yığıncağında iştirak edib.
Ümumi Yığıncaq Türkiyənin Xəzinə və Maliyyə Naziri Dr. Nureddin Nebatinin iştirakı ilə təşkil olunub. İclasın açılış hissəsində TBB İdarə Heyətinin sədri Alpaslan Çakar, Bankların Tənzimlənməsi və Nəzarəti Agentliyinin rəhbəri Mehmet Ali Akben, nazir Dr. Nureddin Nebati çıxış edib. İclas zamanı Dünya və Türkiyə iqtisadiyyatındakı cari vəziyyət və yeni perspektivlər müzakirə edilib.
Üzv bankların iştirakı ilə keçirilən iclas zamanı Birliyin İdarə Heyətinin və Auditorlar Şurasının üzvləri təsdiq edilmişdir.