11 C
Baku
Wednesday, December 11, 2024

ABB 2 sektor üzrə araşdırma hesabatlarını təqdim etdi!

®ABB 2 maraqlı hesabatı ictimaiyyətə təqdim edib. Araşdırmalardan biri Bakı şəhərində daşınmaz əmlak bazarı ilə bağlıdır. Digər hesabat isə pərakəndə ticarətlə əlaqədar mövcud vəziyyəti, bu sahədə əsas inkişaf trendlərini əks etdirir. Hər iki hesabat Bankın apardığı geniş araşdırmalara əsaslanır.

“Bakı şəhəri üzrə daşınmaz əmlak bazarının təhlili” adlı hesabatda bazardakı qiymət dəyişikliklərinə diqqət yönəlib. Bazar göstəriciləri və əməliyyatları izlənib. Araşdırma daşınmaz əmlak bazarında baş verən dəyişikliklərin əsas səbəblərinin müəyyənləşdirilməsinə, gələcəkdə baş verə biləcək dəyişikliklərin proqnozlaşdırılmasına xidmət edir. 

“Azərbaycan üzrə pərakəndə ticarət sektorunun təhlili: trendlər və nəticələr” adlı hesabatda isə 2023-cü il üzrə pərakəndə ticarət dövriyyəsi araşdırılıb. Pərakəndə ticarətin sektorlar, bazar payları, məhsul qrupları, coğrafi təsnifat və s. bölgülər üzrə ətraflı təhlili aparılıb. 

Qeyd edək ki, maraqlı tərəflər üçün faydalı olan bu cür ətraflı araşdırmaların hazırlanması bir çox xarici bankların geniş istifadə etdiyi təcrübədir. ABB bununla belə bir təcrübəni ilk dəfə ölkəmizdə də tətbiq etməyə başlayıb. Bu başlanğıcın davamı kimi Bank araşdırmaları yaxın gələcəkdə daha da genişləndirərək təkmilləşdirəcək.

Hər iki hesabatla buradan tanış ola bilərsiniz.

ABB-nin müasir, faydalı və universal məhsul və xidmətləri barədə məlumatları Bankın filial və şöbələrindən, https://abb-bank.az/ rəsmi internet səhifəsindən və ya 937 nömrəli Məlumat Mərkəzindən, həmçinin rəsmi Facebook səhifəsindən əldə etmək olar.

Son xəbərlər
Digər xəbərlər