1 C
Baku
Saturday, December 14, 2024

ABB beynəlxalq “SIBOS-2022” sərgi-konfransında

®Oktyabrın 10-dan Amsterdam şəhərində ənənəvi SIBOS sərgi-konfransına start verilib. Dörd gün davam edəcək tədbirin təşkilatçısı Ümumdünya Banklararası Maliyyə Telekommunikasiya Cəmiyyətidir (SWIFT). “SIBOS-2022” sərgi-konfransına ABB də qatılıb. Bankı beynəlxalq tədbirdə İdarə Heyəti sədrinin birinci müavini İlham Həbibullayev, Baş direktor Fuad İslamov və Mərkəzi xəzinədarlıq departamentinin direktoru Kamran Hüseynov təmsil edir. 

SIBOS sərgi-konfransı hər il dünyanın iri bank və maliyyə qurumlarının nümayəndələrini bir araya gətirən, maliyyə sektorundakı innovativ trendlərin izlənməsi, yeni bankçılıq təcrübə və texnologiyaları ilə tanışlıq imkanları yaradan, işgüzar əlaqələrin qurulmasına kömək göstərən mühüm platformadır. Bu ənənəvi tədbirin keçirilməsinə 1978-ci ildən başlanıb. 

“SIBOS – 2022” çərçivəsində ABB nümayəndələri xarici maliyyə qurumlarının təmsilçiləri, o cümlədən bankın uzunmüddətli tərəfdaşları olan JP Morgan, Citibank, Commerzbank, Deutsche Bank, Credit Suisse, Societe Generale, Türkiyə İş Bankası və s. bu kimi maliyyə institutlarının nümayəndələri ilə görüşlər keçirəcəklər. ABB-nin yeni layihələri, bankda gedən inkişaf prosesləri, strateji hədəfləri barədə məlumat verəcək, gələcək əməkdaşlıq perspektivlərini müzakirə edəcəklər. 

ABB-nin müasir, faydalı və universal məhsul və xidmətləri barədə məlumatları Bankın filial və şöbələrindən, https://abb-bank.az/ rəsmi internet səhifəsindən və ya 937 nömrəli Məlumat Mərkəzindən, həmçinin rəsmi Facebook səhifəsindən əldə etmək olar.

Son xəbərlər
Digər xəbərlər