-3 C
Baku
Sunday, December 15, 2024

«ABB-Gürcüstan» bankının xalis mənfəəti 145% artıb

Azərbaycan Beynəlxalq Bankının törəmə qurumu olan «ABB-Gürcüstan» bankının xalis mənfəəti 2014-cü il iyulun 1-nə 1,333 mln. lari təşkil edib ki, bu da ötən ilin müvafiq dövrünün göstəricisindən 145,3% çoxdur. Bu barədə Azərbaycan Beynəlxalq Bankının mətbuat xidmətindən məlumat verilib.

Bu ilin iyulun 1-nə bankın məcmu kapitalı 40,5 mln. lari təşkil edib ki, bu da ötən ilin müvafiq dövrünün göstəricisindən 15,6% çoxdur. Bankın səhmdar kapitalı hesabat dövrü ərzində  9,8% artaraq  iyulun 1-nə 27,5 mln. lari təşkil edib.

Son xəbərlər
Digər xəbərlər