®ABB-nin 10 milyon manatlıq (1 və 2 illik, hər biri 5 milyon) istiqraz emissiyası uğurla başa çatmışdır. Sifarişlərin həcmi (tələb) təklif olunan məbləği (emissiya həcmini) 3 dəfədən çox üstələmişdir.
Əsas nəticələr:
- İnvestor sayı: 272 nəfər fərdi investor istiqraz sahibi olub.
- Rəqəmsallıq: İnvestorların 98%-i alış prosesini ABB Invest vasitəsilə mobil tətbiq üzərindən, tam rəqəmsal şəkildə həyata keçirib.
Bu nəticə investorların milli valyutaya və ABB-nin təqdim etdiyi gəlirli maliyyə alətlərinə olan yüksək etimadının göstəricisidir. Qeyd edək ki, daha öncə yerləşdirilmiş ABB istiqrazlarında olduğu kimi yeni emissiya edilmiş istiqrazlar üzrə də ABB Invest həm anderrayter, həm də market-meyker olaraq çıxış edəcəkdir.







