15 C
Baku
Wednesday, April 24, 2024

“ABB-Invest” investisiya şirkəti “Kapital Bank”da səhm alıb

Azərbaycan Beynəlxalq Bankının investisiya şirkəti “Kapital Bank” ASC-də pay alıb.

Banker.az xəbər verir ki, “ABB-Invest İnvestisiya Şirkəti” ötən il “Kapital Bank” ASC-nin buraxdığı səhmlərin 732 ədədini əldə edib. Beləliklə, onun bankın nizamnamə kapitalında payı 0.01512% təşkil edib.

“Kapital Bank”ın əsas səhmdarı “PASHA Holdinq” MMC-dir.

Holdinq birbaşa Bankın 16 614 205 ədəd adi səhminin 16 593 164-nə, 4 842 615 ədəd imtiyazlı səhminin isə 804 254-nə sahibdir. Beləliklə, onun kredit təşkilatındakı payı 81.08 %-dir. “PAŞA Holdinq”ə törəmələei “PAŞA Həyat Sığorta” ASC “Kapital Bank”ın 807 102 ədəd, “PAŞA Sığorta” ASC isə 1 614 205 ədəd imtiyazlı səhminə malikdir. Beləliklə, onların Bankdakı payı müvafiq olaraq 3.76 % və 7.52 %-dir.

Son xəbərlər
Html code here! Replace this with any non empty raw html code and that's it.
Digər xəbərlər