2 C
Baku
Saturday, December 14, 2024

“ABB İnvest İnvestisiya Şirkəti”nin mənfəəti 3 dəfə artıb

“ABB İnvest İnvestisiya Şirkəti” QSC 2022-ci ili 628 min manat xalis mənfəətlə başa vurub. 2021-ci ildə investisiya şirkətinin mənfəəti 213 min manat olub ki, bu da illik müqayisədə mənfəətin 2.9 dəfə artım deməkdir.

Banker.az bu barədə şirkətin maliyyə hesabatına istinadən xəbər verir.

Ötən il “ABB İnvest İnvestisiya Şirkəti”nin xalis faiz gəliri 433 min manat (əvvəlki ilə nisbətən 11.6% çox), qeyri-faiz gəliri 1 milyon 150 min manat ( 4.8 dəfə çox), qeyri-faiz xərci 796 min manat (2.2 dəfə çox) təşkil edib.

31 dekabr 2022-ci il tarixinə “ABB İnvest İnvestisiya Şirkəti”nin cəmi aktivləri 14 milyon 543 min manat olub ki, bu da illik müqayisədə 7% azdır.

Hesabat dövründə “ABB İnvest İnvestisiya Şirkəti”nin cəmi öhdəlikləri 11 milyon 973 min manatdan 10 milyon 692 min manata, cəmi kapitalı isə 3 milyon 693 min manatdan 3 milyon 852 min manata düşüb.

b2b1

Son xəbərlər
Digər xəbərlər