2 C
Baku
Saturday, December 14, 2024

ABB investisiya portfelində ABŞ-nin dövlət istiqrazlarının payını azaldıb

Dövlət bankı ABB (Azərbaycan Beynəlxalq Bankı) 2023-cü ildə investisiya portfelindəki ABŞ-nin dövlət istiqrazlarının payını azaldıb, yerli istiqrazlara üstünlük verib.

Banker.az xəbər verir ki, bu barədə bankın fərdi audit hesabatında bildirilir.

ABŞ-nin Xəzinədarlıq veksellərinin həcmi 2023-cü ilin əvvəlində 1 mlrd. 263.52 mln. manat ekvivalentində olduğu halda, ilin sonuna bu rəqəm 11.37 mln. manat ekv.-ə düşüb.

Əvəzində isə yerli hökumət, yəni Azərbaycanın Maliyyə Nazirliyi tərəfindən buraxılan dövlət istiqrazları alıb. Bu portfel son bir ildə 859.67 mln. manatdan 1 mlrd. 182.27 mln. manata yüksəlib.

Bankın ümumi investisiya qiymətli kağızlar portfelinin həcmi son bir ildə 24.5 faiz azalaraq 2 mlrd. 7 mln. manata düşüb.

Son xəbərlər
Digər xəbərlər