6 C
Baku
Wednesday, January 15, 2025

ABB keçən il 1.25 mlrd. gəlir, 294 mln. manat xalis mənfəət edib

ABB (Azərbaycan Beynəlxalq Bankı) 2024-cü il üzrə 1 milyard 254.38 milyon manat cəmi gəlir, 293.73 milyon manat xalis mənfəət açıqladı.

Banker.az bunu bank tərəfindən təqdim edilən rüblük maliyyə hesabatına istinadən xəbər verir.

2024-cü ilin üçüncü rübü üzrə Banker.az tərəfindən tərtib edilən renkinqdə ABB ən iri xalis mənfəət edən bank idi.

Hesabat müddətindəki göstəricilərə görə, 914.2 milyon manat faiz gəliri, 340.18 milyon manat qeyri-faiz gəliri əldə edib.

Ölkənin ən iri bankının cəmi gəlirləri illik müqayisədə 23 faiz artıb. 2023-cü ildə 1 mlrd. 21.79 mln. manat cəmi gəlirlər əldə etmişdi.

Bununla belə, bankın cəmi xərclərinin ümumilikdə yüksəlməsi 2023-cü ildə qeydə alınan xalis mənfəəti bu il təkrarlaya bilməyib. Öncəki ildə bankın 322.27 mln. manat xalis mənfəəti olmuşdu.

2024-cü ildə edilmiş xalis mənfəətdən sonra bankın balansındakı bölüşdürülməmiş mənfəətin həcmi 485,58 mln. manata qalxıb.

əlavə edilir…

Son xəbərlər
Digər xəbərlər