“ABB” Açıq Səhmdar Cəmiyyətinin səhmləri dövriyyədən çıxarılıb.
Banker.az xəbər verir ki, səhmdarlarının növbəti ümumi yığıncağının 30 iyun 2022-ci il tarixli qərarının icrası ilə əlaqədar olaraq qərar verilib.
ABB-nin AZ1004004581 qeydiyyat nömrəli, hər birinin nominal dəyəri 27 qəpik olan 15 639 428.97 manat dəyərində 57 923 811 ədəd adi, adlı, sənədsiz geri alınmış səhmlər dövriyyədən çıxarılıb.