-1 C
Baku
Saturday, December 14, 2024

ABB-nin dəstəyi ilə “EY İlin İş Adamı” müsabiqəsi başlandı

®EY Azərbaycan şirkəti ABB və bp-nin maliyyə dəstəyi ilə növbəti “EY İlin İş Adamı” müsabiqəsinə müraciət qəbuluna başlayıb. Müsabiqədə iştirak etmək istəyən sahibkarlar və iş adamları öz ərizələrini müsabiqə komitəsinə təqdim edə bilərlər. EY şirkəti tərəfindən təsis olunmuş müsabiqə dünyada biznes mükafatı təqdim edən ən nüfuzlu proqramlardandır.

Liderlik və uğur nümayiş etdirən iş adamları fəaliyyət sahələrindən asılı olmayaraq proqrama qoşulmaq üçün ərizələrini 31 dekabr 2022-ci ilədək təqdim edə bilərlər. Milli müsabiqənin qalibi 2023-cü ilin fevralında seçiləcək. Qalib, gələn ilin iyununda Monakoda keçiriləcək “EY Dünya Üzrə İlin İş Adamı” müsabiqəsində Azərbaycanı təmsil edərək digər ölkələrin finalçıları ilə yarışacaq. 

Proqram Azərbaycanda istənilən sahədə fəaliyyət göstərən sahibkarlar üçün açıqdır. Uyğunluq meyarları və müsabiqə ilə bağlı ətraflı məlumatla proqramın rəsmi saytında tanış olmaq mümkündür: https://www.eoy.az 

Müsabiqənin finalçıları və qalibi tanınmış sahibkarlar, dövlət şirkətlərinin top-menecerləri, beynəlxalq maliyyə qurumlarını təmsil edən idarəçilərdən ibarət müstəqil münsiflər heyəti tərəfindən seçiləcək. Kiçik və Orta Biznesin İnkişafı Agentliyi (KOBİA), Azpromo, Ekvita, Veysəloğlu şirkətləri də müsabiqənin tərəfdaşlarındandır.

Xatırladaq ki, “EY İlin İş Adamı” proqramı Azərbaycanda artıq dördüncü dəfədir ki, keçirilir. Ölkəmizdə sahibkarlığın inkişafına müxtəlif layihələrlə kömək göstərən ABB bu müsabiqələrin hər birinə dəstək verib.  

ABB-nin müasir, faydalı və universal məhsul və xidmətləri barədə məlumatları Bankın filial və şöbələrindən, https://abb-bank.az/rəsmi internet səhifəsindən və ya 937 nömrəli Məlumat Mərkəzindən, həmçinin rəsmi Facebook səhifəsindən əldə etmək olar.

Son xəbərlər
Digər xəbərlər