9 C
Baku
Thursday, December 12, 2024

ABB səhmlərinin birjadakı son qiyməti məlum oldu

ABB-nin (Azərbaycan Beynəlxalq Bankı ASC) kütləvi səhm buraxılışının abunə yazılışı ərəfəsində təkrar bazarda səhmlərinin son həftə üçün olan qiymətləri məlum olub.

Banker.az-ın “İnvestisiya” bölməsinin Bakı Fond Birjasındakı mənbədən əldə etdiyi məlumata görə, ABB səhmlərini iki investor eyni qiymətə 12 iyul tarixində – 33 qəpiyə alıblar. Belə ki, bir investor 10 000 ədəd, digər investor isə 447 min üzərində səhmlər əldə edib.

Sonuncu dəfə investorlar 10 iyun 2024-cü il tarixində 2 min səhmi 35 qəpiyə əldə etmişdilər.

ABB səhmlərinin nominal dəyəri 27 qəpik təşkil edir.

2024-cü ilin iyunundan başlayaraq kütləvi səhm buraxılışına abunə yazılışı başlayıb və abunə yazılışı həmin tarixdən 2024-cü ilin sentyabrına qədər olan müddəti əhatə edir. 322 000 000 ədəd səhmin birinin nominal qiyməti 27 qəpikdir. Hər bir investor kiçik məbləğlə, yəni 100 ədəd səhmdən başlayaraq ABB-nin səhmlərini ala bilər.

Hazırda dövriyyədə ABB-nin 4,5 mlrd. ədəddən artıq səhmi var. Bu səhmlərin 96.37%-i dövlətimizə, qalan hissəsi isə özəl investorlara məxsusdur.

Bu arada, ABB 2024-cü ilin ilk yarısını da yüksək göstərici ilə bitirdi. Dövlət bankı ilin ilk yarısında 172 milyon manat xalis mənfəət əldə etməklə sektorun ən iri bankı oldu və ona yaxın ikinci ən iri bankı təqribən 50 mln. manata yaxın üstələdi.

ABB-nin İdarə Heyəti səhmlərlə bağlı abunə yazılışında maksimal hədd limitini 75 min ədəddən 400 min ədədə qədər yüksəldib.

Son xəbərlər
Digər xəbərlər