25 C
Baku
Friday, April 19, 2024

Abdulbari Gözəl – Azərbaycanda fəaliyyət göstərən ən güclü iş adamlarından biri

Abdulbari Gözəl 23 avqust 1949-cu ildə İranın Maku şəhərində dünyaya gəlib. Daha sonradan isə buradan Türkiyənin Muş əyalətində yaşayan nənəsinin yanına köçmüşdür.  O 1956-1961-ci illərdə ibtidai təhsilini Türkiyədə başa vurduqdan sonra, 1962-1965-ci illərdə orta təhsilini İranda tamamlamışdır.

Daha sonradan iş həyatını yeni başlayan gənc Abdulbari Gözəl babasının yanında qida ticarəti ilə məşğul olur. 1968-ci ildə isə ticarət həcmini böyüdərək onu 50-60 milyon dollara qədər yüksəldir.

Fəal iş həyatı yaşayan bu şəxs 1981-ci ildə İran islam İnqilabından sonra Türkiyənin paytaxtı Ankaraya gəlir və buradan İsveçrəyə getməyi planlaşdırır. Lakin bu zaman Turqut Özalın təkidi ilə Türkiyədə qalır və Ankarada “Etsun A.Ş.” adlı bir şirkət yaradır.

news146

O 1992-ci ilə qədər BƏƏ, Türkiyə, İran, İraq, Suriya, İordaniya kimi ölkələrdə müxtəlif şirkətlər yaradaraq iş fəaliyyətini birləşdirməyi planlaşdırırdı. Bu şirkətləri birləşdirmək və onlar arasındakı əlaqəni təmin etmək üçün Abdulbari Gözəl 1994-cü ildə Dubayda “İntersun Holding” adlı şirkətlər qrupunu yaratmışdır.

Bundan başqa o, Azərbaycan və Gürcüstana da qida məhsullarının ixracı ilə məşğul olub. 1992-ci ildən etibarən Azərbaycan və Gürcüstanda öz şirkətinin rəsmi şöbəsini yaradır. 1994-cü illərdə Azərbaycanda sənayenin inkişafına özünəməxsus töhfələr vermişdir. Bu zaman ölkənin sənayesinin inkişafı ilə yanaşı, ölkədə işsizlik səviyyəsinin azaldılması məqsədilə aşağıdakı fabriklər yaradıldı:

Yağ və marqarin fabriki, 4 konservləşdirmə fabriki, 600.000 ton həcmə sahib şəkər fabriki, illik istehsalat həcmi 100.000 ton olan kağız fabriki, çay plantasiyası və paketləşdirmə fabriki, 4.000 hektar ərazidə müasir suvarma sistemi, Amerika EX-İM Bank ilə ortaq olarak örnək heyvandarlıq müəssisəsi yaratdı. Bundan əlavə, bank və sığorta sahəsində digər şirkətlərlə ortaq olaraq ölkə iqtisadiyyatına mühüm töhfələr qazandırmışdır.

Qida sahəsindən başqa Abdulbari Gözəl 1980-ci ildə İran və Türkiyədə neft ticarətinə başladı. 2002-ci ildən etibarən isə bu fəaliyyət Bakıda neft terminalı və Dübəndi neft terminalı vasitəsiylə Xəzər neftinin Gürcüstana daşınmasından ibarətdir.  Hal-hazırda isə İsveçrə və Dubayda neft və neft məhsullarının ticarəti ilə məşğul olan şirkətlərə sahibdir.

Bütün bunlardan əlavə, Abdulbari Gözəl Azərbaycanda “Park Bulvar” ticarət və əyləncə mərkəzinin, “Heydər Əliyev” mərkəzinin, “Şahdağ Turizm Kompleksi” kimi möhtəşəm inşaat nümunələrinin yaradılmasına böyük köməklik göstərmişdir. Bütün bunların ərsəyə gəlməsində isə məşhur Zaha Hadid kimi memarlarla birlikdə fəaliyyət göstərdi.

Abdolbari GOOZEL1

Abdulbari Gözəlin hobbisinə gəldikdə isə, onun ən sevimli məşğuliyyəti yeni iş yerləri açmaq və insanları işlə təm in etməkdir. Eyni zamanda, işçi və rəhbərlər arasında ədalətli bir sistemin yaradılması ilə bağlı bir layihə üzərində işləməkdədir. Bu layihənin bir parçası işçilər arasında milliyət, din və irq ayrı-seçkiliyinin olmaması və insanlara ədalətli iş şəraiti təşkil etməkdir.

Bununla əlaqədar olaraq, hazırda Dubay, İsveçrə, Türkiyə, Azərbaycan, Gürcüstan, Rusiya, İraq, Əfqanıstanda İntersun Holding-in himayəsi altında 14 ayrı-ayrı milliyətə sahib insanlar bir ailə kimi işləməkdədir. Daimi işçilərin ümumi sayı 7000, fabriklərdə mövsümi olaraq işləyənlərin sayı isə 10 000-dir.

Azersun Holding-də onun Bakıda yaratdığı şirkətlərdən biridir. Şirkət 1997-ci ildə yaradılıb və hazırda demək olar ki, 2500-3000-ə yaxın işçiyə sahibdir.

Son xəbərlər
Digər xəbərlər