9 C
Baku
Friday, December 13, 2024

Prezident Abel Məhərrəmovu vəzifəsindən azad etdi – RƏSMİ

Abel Məhərrəmov Bakı Dövlət Universitetinin (BDU-nun) rektoru vəzifəsindən azad edilib.

Banker.az xəbər verir ki, bu barədə prezident İlham Əliyev bu gün sərəncam imzalayıb.

“Abel Məmmədəli oğlu Məhərrəmov Bakı Dövlət Universitetinin rektoru vəzifəsindən azad edilsin.” deyə sərəncamda deyilir.

Oxşar yazı: Bakı Şəhər İcra Hakimiyyətinin başçısı təyin olundu – sərəncam

Abel Məhərrəmov 1950-ci il yanvarın 5-də Ağdam şəhərində anadan olmuşdur və O, bu vəzifəyə mərhum Prezident Heydər Əliyev tərəfindən BDU (həmin vaxt adı M.Ə.Rəsulzadə adına Bakı Dövlət Universitet) 1999-cu ildə təyin olunmuşdu.

Son xəbərlər
Digər xəbərlər