ABŞ rəhbərliyi Kabilin “Taliban” hərəkatının nəzarəti altında olması ilə əlaqədar Əfqanıstana dollar tədarükünü dayandırıb.
Banker.az “Radiosputnik”ə istinadən xəbər verir ki, bu barədə “Wall Street Journal” qəzeti yazıb.
Bildirildiyi kimi, ABŞ-ın Maliyyə Nazirliyi “Taliban” üzvlərinin Əfqanıstanın paytaxtına doğru hərəkət edərkən, çap olunmuş pul qutularının tədarükünü dayandırıb.
Xatırladaq ki, ötən bazar “Taliban” hərəkatının nümayəndələri Kabilə daxil olaraq, Əfqanıstan paytaxtı üzərindəki nəzarəti ələ keçiriblər. Taliblər Əfqanıstanın bütün ərazisinə nəzarət etdiklərini bildiriblər. Ölkə prezidenti Əşrəf Qani ölkədən qaçıb.
Daha əvvəl taliblərin Əfqanıstan Mərkəzi Bankında saxlanılan aktivlərə girişin bloklanması barədə məlumat verilib.