3 C
Baku
Tuesday, February 11, 2025

ABŞ 1 sentlik sikkələrin buraxılışını dayandıracaq

ABŞ prezidenti Donald Tramp Maliyyə Nazirliyinə 1 sent dəyərində sikkələrin zərb edilməsini dayandırmaq göstərişi verib.

Bu barədə Donald Tramp “Truth Social” sosial şəbəkəsində paylaşım edib.

“Çox uzun müddətdir ki, Birləşmiş Ştatlar hər biri bizə sözün əsl mənasında 2 sentdən baha başa gələn 1 sent dəyərində olan sikkələrini zərb edir. Bu, çox israfçılıqdır! Mən Xəzinədarlıq katibinə [Skot Bessentə] yeni 1 sent sikkələrini zərb etməyi dayandırmağı tapşırmışam”, – Donald Tramp qeyd edib.

O, bir daha ABŞ-də büdcə vəsaitlərinin yersiz xərclənməsinin dayandırılmasının zəruriliyinə diqqət çəkib.

 

MənbəAPA
Son xəbərlər
Digər xəbərlər