Amerika Birləşmiş Ştatlarının Enerji Departamenti Brent markalı xam neftin 2020-ci ildəki qiymətinə dair proqnozunu 41.19 ABŞ dolalrından 40.61 dollaradək azaldıb.
Banker.az bu barədə qurumun Enerji Məlumatları Administrasiyasının hesabatına istinadən xəbər verir. 2021-ci ildə isə Brent markalı neftin 46.59 dollara satılacağı ehtimal olunur.
Həmçinin “WTI” markalı neftin 2020-ci ildəki qiyməti 38.24 ABŞ dolları, 2021-ci ildə isə 44.24 dollar məbləğində gözlənilir.