7 C
Baku
Thursday, December 12, 2024

ABŞ 2021-ci maliyyə ilinə də büdcə kəsiri ilə başladı

ABŞ-da 2021-ci maliyyə ilinin ilk ayı olan oktyabr ayında dövlət büdcəsinin gəlirləri 238 milyard dollar (illik müqayisədə 3% az), xərcləri isə 522 milyard dollar (37% çox) təşkil edib.

Bu barədə ABŞ-ın Maliyyə Nazirliyinin oktyabr ayı üçün büdcə balans hesabatında bildirilir.

Beləliklə, sənədə əsasən, ötən ay büdcədə 284 milyard dollar kəsir yaranıb. Bu isə ötən ilin eyni dövrünə nisbətən 2,1 dəfə çoxdur.

Xatırladaq ki, ABŞ 2020-ci maliyyə ilini 3,1 trilyon dollar kəsirlə başa vurub.

Son xəbərlər
Digər xəbərlər