8 C
Baku
Tuesday, January 13, 2026

ABŞ 2025-ci ildə 100 mindən çox vizanı ləğv edib

ABŞ Dövlət Departamenti 2025-ci ildə ABŞ prezidenti Donald Tramp administrasiyasının 100 mindən çox vizanı ləğv etdiyini bildirib. Bu barədə Dövlət Departamentinin mətbuat katibinin müavini Tommi Pigott “X” sosial şəbəkəsində açıqlama verib. “Newsweek” nəşrinin yazdığına görə, bu göstərici son illərin rekordudur.

Bu rəqəm ABŞ-nin sabiq prezidenti Co Baydenin 2024-cü ildə ləğv etdiyi vizaların sayını (40 min viza) iki dəfədən çox üstələyir.

Tommi Pigottun sözlərinə görə, ləğv edilən vizalar arasında hücum, oğurluq və sərxoş vəziyyətdə avtomobil idarəetməsi də daxil olmaqla müxtəlif cinayətlərdə ittiham olunan və ya məhkum edilmiş xarici vətəndaşlara verilmiş minlərlə viza var.

Dövlət Departamenti həmçinin “Fox News” telekanalına bildirib ki, vizaların ləğvi əsasən işgüzar və ya turistik vizaların müddətini aşmış səyahətçilərə aid olub. Bundan əlavə, hesabatda qeyd edilib ki, təxminən 500 tələbə narkotik maddələrin saxlanması və yayılmasına görə vizalarından məhrum edilib.

Son xəbərlər
Digər xəbərlər