19 C
Baku
Friday, May 3, 2024

ABŞ 80 nüvə başlığı istehsal edəcək

ABŞ 2023-cü maliyyə ilində 80 nüvə başlığı istehsal etməyi planlaşdırır.

Bu barədə ABŞ Milli Nüvə Təhlükəsizliyi İdarəsi məlumat yayıb.

Bildirilib ki, “B61-12” adlı nüvə aviabombalarının istismar müddətinin uzadılması və “Trident II” qitələrarası ballistik raketləri üçün “W88” nüvə başlıqlarının təkmilləşdirilməsi üzrə işlərin davam etdirilməsi planlaşdırılır.

Qeyd edək ki, Stokholm Sülh Araşdırmaları İnstitutunun məlumatına görə, 2022-ci ildə nüvə silahından istifadə riski Soyuq Müharibədən indiyədək ən yüksək həddə çatıb. Ötən il döyüş başlıqlarının sayına görə birinci yeri ABŞ (1744), ikinci yeri Rusiya (1588), üçüncü yeri isə Fransa (280) tutub.

Son xəbərlər
 ⁠
Digər xəbərlər