14 C
Baku
Tuesday, April 16, 2024

ABŞ “A-10” qırıcılarını istismardan çıxarır

2023-cü maliyyə ilinin müdafiə büdcəsi qanun layihəsi bir neçə “A-10” qırıcısının istismardan çıxarılmasını ehtiva edir və ABŞ Müdafiə Nazirliyinə beşinci nəsil “F-22” qırıcılarını saxlamağa icazə verir.

Bu barədə “Breaking Defence” nəşri məlumat yayıb.

Qeyd edilib ki, İndiana ştatındakı Fort Ueyn Hərbi Hava Qüvvələri bazasının 21 qırıcısı istismardan çıxarılacaq, onların yerini yeni modifikasiyalı dördüncü nəsil “F-16” qırıcıları alacaq.

Digər tərəfdən, qanun layihəsi Pentaqona döyüş təyyarələri parkını 1 970-dən 1 800 ədədə qədər azaltmaq imkanı verir, xüsusən də köhnəlmiş 26 ədəd “F-16” qırıcısından və 67 ədəd “F-15” təyyarəsindən imtina etməyə imkan verir.

MənbəReport
Son xəbərlər
Digər xəbərlər