-3 C
Baku
Sunday, December 15, 2024

ABŞ Avropa İttifaqını İrana qarşı qərarını dəstəkləyib

ABŞ Avropa İttifaqının (Aİ) Avropa ərazisində qətl törətmək məqsədi ilə sui-qəsdlərə gedən İranın kəşfiyyat xidmətlərinə qarşı sanksiyaların qanuniləşdirilməsinə dair qərarını dəstəkləyir.

Banker.az Report İ.A-ya istinadən bildirir ki, bunu çərşənbə axşamı Birləşmiş Ştatların dövlət katibi Maykl Pompeo deyib.

“İran və “Hizbullah” Avropanı 1979-cu ildən dəhşətə salıb. Avropa ölkələri bugünkü hərəkətləri ilə İrana aydın şəkildə siqnal verdilər ki, terrorçuluq yolverilməzdir. ABŞ yeni sanksiyaları qətiyyətlə dəstəkləyir və eyni zamanda avropalı müttəfiqlərimiz ilə ümumi təhdidlərə qarşı çıxış edir”, – deyə o öz “Twitter” səhifəsində yazıb.

Daha əvvəl İran Avropa İttifaqını terrorçuları öz ərazisində gizlətməkdə ittiham edib.

Daha əvvəl İran Avropa İttifaqını terrorçuları gizlətməkdə ittiham edib.

Son xəbərlər
Digər xəbərlər