6 C
Baku
Sunday, December 15, 2024

“ABŞ Bəşər Əsəd rejimi ilə münasibətləri normallaşdırmaq fikrində deyil”

Birləşmiş Ştatlar Suriyanın Ərəb Liqasına üzvlüyünün bərpasına baxmayaraq, Bəşər Əsəd rejimi ilə münasibətləri normallaşdırmayacaq.

Bu barədə ABŞ-ın Dövlət katibi Entoni Blinken Vaşinqtonda mətbuat konfransında bildirib.

“Biz Suriyanın Ərəb Liqasına yenidən qəbul olunmağa layiq olduğuna inanmırıq. Bu barədə bütün regional tərəfdaşlarımıza dedik. Amma onlar öz qərarlarını verməlidirlər. Mövqeyimiz aydındır – biz Bəşər Əsəd rejimi ilə münasibətləri normallaşdırmaq fikrində deyilik”,- deyə Dövlət katibi qeyd edib.

MənbəApa
Son xəbərlər
Digər xəbərlər